28 avqust 2013 17:53
Sumqayıt daha bir oyunçu aldı (FOTO)
Topaz Premyer Liqasının 5-ci turunda "Rəvan"la qarşılaşacaq "Sumqayıt" növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda "Rəvan"dan ayrılan Nodar Məmmədovu heyətinə qatıb.
25 yaşlı futbolçu "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.
Karyerası ərzində "Rəvan"dan başqa, "Şahdağ", "Qarabağ", MOİK, "Muğan" və "Qəbələ"də çıxış etmiş Nodar 4 dəfə A millimizin formasını geyinib.
