29 avqust 2013 18:31

Maksim Medvedev: Əgər erkən qol vursaq...

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
“Biz ilk oyunda daha yaxşı oynaya bilərdik. 2 cavabsız qolla uduzmağımızda özümüz günahkarıq. İndi daha yaxşı oynamağımız və həmin səhvləri təkrarlamamağımız vacibdi. Artıq rəqibin nəyə qadir olduğunu bilirik. Onlar hətta ən kiçik səhvləri də bağışlamırlar. Bakıda ötürmələrdə çox səhvlər etdik. Mövqe baxımından da səhvlərimiz var idi, bir-birimizə istənilən səviyyədə kömək edə bilmədik. Texniki səhvlər psixoloji baxımdan da bizə təsirsiz ötüşmədi. Artıq növbəti dəfə topu itirmək qorxusu yaranmağa başladı. Düzdü, ikinci hissədə toplarlındıq, çalışdıq ki, öz oyunumuzu sərgiləyək. Lakin 4-5 qol epizodu yaratsaq da, onlardan istifadə edə bilmədik. Amma onların fasilədən sonra cəmi bir qol epizodu oldu, ondan da yararlandılar”.

Medvedev Frankfurtdakı oyunun Bakıdakından fərqlənəcəyini deyir: “Almaniyada daha sakit oynayacağıq. Çünki itiriləsi heç nəyimiz qalmayıb. Öz futbolumuz u göstərməyə çalışacağıq. Bakıdakından daha asan olmalıdı. “Eintracht”la oynamaq olar. Sadəcə, bunun üçün sakitliyimizi qorumalıyıq”.

Maksim zədəli Srcan Lakiçin oynamamasını komandası üçün önəmli üstünlük hesab etmir: “Lakiç yaxşı futbolçudu. Sona qədər mübarizə aparır, ikinci hissədə yaxşı oynayır. Bizə müdafiədən çıxmağa çox mane olurdu. Belə futbolçulara qarşı oynamaq çox çətindi. Amma “Eintracht”da onu əvəzləyəcək futbolçular var. Odu ki, buna görə arxayınlaşmağa heç bir əsasımız yoxdu”.
 
“Qarabağ”ın müdafiəçisi komandasının “Eintracht” səddini keçəcəyinə inamını itirməyib: “Aydın məsələdi ki, bizim çox az şansımız var. Amma yenə də öz futbolumuzu oynamağa çalışmalıyıq. Əgər erkən qol vursaq, bu, bizim üçün çox yaxşı stimul olacaq. Lakin Bakıdakı kimi erkən qol buraxacağımız halda da ruhdan düşməməliyik. Frankfurtda vəziyyəti xeyrimizə dəyişə bilərik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.