29 avqust 2013 20:30
Qarabağın azarkeşləri Frankfurtda yürüşə çıxdılar (FOTOLAR)
Azərbaycanın avrokubokların cari mövsümündəki yeganə təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunu çərçivəsində Almaniya “Eintracht”ının qonağı olacaq. Azerisport.az xəbər verir ki, komandamız bu görüşdə azarkeşsiz qalmayacaq və Almaniyanın müxtəlif bölgələrindən gəlmiş həmyerlilərimiz tərəfədindən dəstəklənəcək.
Onlar oyundan öncə daha bir aksiya keçiriblər. Belə ki, azərbaycanlı azarkeşlər Frankfurtun bəzi küçələrində yürüş keçiriblər.
