29 avqust 2013 21:06
Aslan Kərimov: Qarabağa asan olmayacaq
“Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov Ağdam təmsilçisinin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, “Qarabağ”a bu oyunda çox çətin olacaq. Ən azından ona görə ki, Bundesliqada çıxış edən klubla qarşılaşmaq heç də asan məsələ deyil. Bundan əlavə ilk oyundakı məğlubiyyət, tribunaların dəstəyi də komandamız üçün çətinlik yaradacaq. Lakin “Qarabağ” yaxşı qaonda oynamağı bacarır və bu oyunda da özünü göstərməlidi”.
