29 avqust 2013 21:22
UEFA təsdiqlədi: Qarabağ qrup mərhələsində oynaya bilər!
UEFA Avropa Liqasından uzaqlaşdırılan Türkiyənin “Fenerbahç” klubunun əvəzində hansı klubun iştirak edəcəyi ilə bağl qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, İstanbul klubunu əvəzləyəcək klub pley-off mərhələsində uduzan 30 komandadan biri olacaq. UEFA bu seçimi püşkatma yolu ilə aparacaq. Püşkatma sabah Monakoda olacaq.
Xatırladaq ki, pley-offda mübarizəni dayandırmaq ehtimalı olan komandalardan biri də “Qarabağ”dı. Ağdam təmsilçisi bu mərhələnin ilk görüşündə Almaniya “Eintracht”ına 0:2 hesabı ilə uduzub. Mütəxəssislər təkrar matçda da almanları şanslı görürlər.
Qeyd edək ki, “Fenerbahçe” danışılmış oyunlarda adı hallandığı üçün avrokuboklardan 2 illik kənarlaşdırılıb.
