29 avqust 2013 11:15
“Qarabağla cavab oyunu da ilk matçda olduğu kimi, intensiv keçəcək”
Almaniyanın “Eintracht” klubunun futbolçusu Yohannes Flum Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əminəm ki, “Qarabağ”la cavab oyunu da ilk qarşılaşmada olduğu kimi, intensiv keçəcək. Biz cavab oyununda yaxşı çıxış etmək və mərhələ adlamaq istəyirik”.
