29 avqust 2013 11:51
Qarabağ Frankfurtda bu gün daha bir məşqə çıxacaq
“Qarabağ” bu gün Almaniyada daha bir məşqə çıxacaq. Azerisport.az xəbər verir ki, bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Eintracht”la cavab oyununa çıxacaq təmsilçimiz ənənəvi olaraq oyun günləri də məşq edir.
Ağdam klubu bu oyun öncəsi də ənənəsinə sadiq qalacaq. Qurban Qurbanov Bakı vaxtı ilə 14:15-də yetirmələrini Frankfurtda yekun məşqə çıxaracaq. O, yüngül məşq zamanı futbolçulara son tapşırıqlarını verəcək.
Qeyd edək ki, “Eintracht” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
