29 avqust 2013 12:26
Xəzər Lənkəran Qəbələdə təlim-məşq toplanışı keçirəcək (FOTO)
Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran” Lənkəranda son üç gün ərzində davam edən hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqini ehtiyat meydançada keçirən komanda 1 saat 20 dəqiqə ərzində fiziki və taktiki çalışmaları yerinə yetirib.
Yeni transferlər Deyvid Sakkoni və Edu Oriolun da iştirak etdiyi məşq prosesi yetərincə maraqlı alınıb. Futbolçuların istəkli olması, tapşırıqları düzgün yerinə yetirməsi məşqçilər korpusunu da razı salıb.
Məşqin ardından “Xəzər Lənkəran” Qəbələ şəhərinə yola düşüb. Xatırladaq ki, “Qəbələ” - “Xəzər Lənkəran” matçı avqustun 31-də keçiriləcək. Matçın ardından komandamız Qəbələdə daha 4 gün qalaraq təlim-məşq toplanışı keçirəcək.
