29 avqust 2013 12:33
Yığmamız Rusiyaya təlim-məşq toplanışına yollanacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamız ardıcıl iki hazırlıq prosesi həyata keçirəcək. Bunlardan birincisi sentyabrın 2-dən 5-dək Bakıda baş tutacaq.
Digər toplanışı isə elə həmin ayın 5-dən 11-nə qədər Rusiyanın Novorossiysk şəhərində keçiriləcək.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı hələlik açıqlanmır.
