29 avqust 2013 12:41
Bakı Neftçi ilə oyuna üç itki ilə hazırlaşır
“Bakı” Topaz Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “Neftçi” ilə oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam etdirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar” baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında saat yarım məşq keçib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev məşqdə iştirak etməyib. Şəhriyar Әlıyev və Junior komandadan ayrı çalışıblar.
Xatırladaq ki, Topaz Premyer Liqasının 5-ci turu cərçivəsində keçiriləcək "Bakı" - "Neftçi" matçı avqustun 31-də "Bakı"nın təlim-məşq bazasının stadionunda baş tutacaq və saat 18:00-da start götürəcək.
