29 avqust 2013 12:55
Pantiç: Neftçi ilə oyunda hakim səhvləri və digər amillərin təsiri olmasa...
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 5-ci turunda qarşılaşacaqları "Neftçi" ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları dilə gətirib:
“Bizi çox çətin bir oyun gözləyir. "Neftçi" böyük klubdu və bizimlə oyunda onları favorit saymaq olar. Buna baxmayaraq biz qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məncə, əgər hakim səhvləri və digər amillərin təsiri olmasa bizi gözəl bir matç gözləyir”.
Xatırladaq ki, Topaz Premyer Liqasının 5-ci turu cərçivəsində keçiriləcək "Bakı" - "Neftçi" matçı avqustun 31-də "Bakı"-nın təlim-məşq bazasının stadionunda baş tutacaq və saat 18:00-da start götürəcək.
