29 avqust 2013 13:47

“Bu, Azərbaycan üçün böyük reklamdı”

Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Bu yaxınlarda Lans və Madrid şəhərlərində səfərdə olmusuz. Təəssüratlarınız necədi?
- İqor Ponomaryovla birgə “Lens” və “Atletico”nun oyunlarını canlı izləmək xoş oldu. Hər iki komandanın meydana “Azerbaijan. Land of Fire” yazılmış formalarla çıxması xüsusilə xoş təsir bağışlayır. Bu klublarla əməkdaşlığı müzakirə etdik. Fikrimcə, bu layihələr bizim futbol üçün çox önəmlidi. Bu, Azərbaycan üçün böyük reklamdı. Uşaqlarımız bu klubların akademiyalarında çox şey öyrənə biləcəklər. Hafiz Məmmədovun bu yöndə apardığı işləri yüksək qiymətləndirirəm. Məhz onun bu layihələri əsasında indi Azərbaycanı İspaniya və Fransada daha yaxşı tanıyırlar.
 
- “Lens”in sərgilədiyi oyun xoşunuza gəldi?
- Bəli. Fikrimcə, onlar elə bu mövsüm elitaya qayıda biləcəklər. Yaxşı heyətləri var. Lansdakı stadionda Azərbaycan bayrağını görmək də çox xoş idi. Fransızlarla ispanlar üçün futbol artıq çoxdan həyat tərzinə çevrilib. Biz isə bu sahədə hələ çox çalışmalıyıq.
 
- “Bakı”nın prezidenti Hafiz Məmmədovun dediyinə görə, siz bu klubun idarə heyətində yer alacaqsız...
- Həqiqətən də mənə və Ponomaryova belə bir təklif olunub. Veteranların təcrübəsindən yararlanmaq düzgün qərardı. Çünki biz də Azərbaycan futbolunun inkişafında çox maraqlıyıq.
 
- “Bakı”nın “Atletico” və “Lens” ilə yoxlama oyunları keçirməsi gündəmdə varmı?
- Gələcəkdə bu klublarla “Bakı” arasında yoxlama oyunları keçiriləcək. Biz həmçinin veteranlar arasında oyunlar keçirməyi də müzakirə etdik. Onlar bu təklifi məmnuniyyətlə qəbul etdilər.
 
- Siz həm də AFFA-nın Gəncədəki kuratorusuz. Bu şəhərin təmsilçisi olan “Kəpəz” nə vaxt formalaşacaq?
- Yaxın günlərdə Gəncəyə yola düşəcəm. Orda bir sıra görüşlər nəzərdə tutulub. Əsas məsələ maliyyə problemidi. Yaxın iki iki həftə ərzində orda yeni komanda yaradılmalıdı. Mümkündü ki, daha tez.
 
- Baş məşqçi postuna Mehman Allahverdiyevlə İqor Ponomaryovun gətirilməsi gözlənilir...
- Ponomaryovun namizədliyi heç müzakirə olunmayıb. O, yəqin ki, bizə başqa məsələlərdə yardımçı olacaq. Əgər kimsə öz namizədliyini irəli sürmək istəsə, biz bunun əleyhinə olmarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.