30 avqust 2013 01:25

UEFA Beşiktaşı da ofsayda saldı?

UEFA “Fenerbahçe” klubunun ardından Türkiyənin daha bir təmsilçisini avrokuboklardan kənarlaşdıra bilər. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan “Beşiktaş” üzücü xəbərlə sarsılıb.
 
Belə ki, Türkiyə mətbuatı bu gecə UEFA-dan İstanbul klubuna faks daxil olduğu barədə xəbərlər yayıb. Faksda “qara qartallar”ın bu gün keçiriləcək Avropa Liqasının püşkatma mərasiminə gəlməməsi vurğulanıb. Lakin hələlik UEFA və “Beşiktaş” bu barədə rəsmi məlumat yaymayıb və xəbərin nə dərəcədə doğru olduğu bəlli deyil.
 
Qeyd edək ki, “Beşiktaş”ın da adı danışılmış oyunlarda hallandığından UEFA bu komandanı bir illiyinə avrokuboklardan kənarlaşdırmışdı. Lakin Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın həmin qərarını dondurmuşdu. Bu üzdən də “qara qartallar” müvəqqəti olaraq Avroliqanın təsnifat mərhələsində çıxış edirdilər. İstanbul klubu pley-off mərhələsində səfərdə Norveç “Tromse”sinə 1:2 hesabıyla uduzsa da, bu gecə doğma meydanında 2 cavabsız qolla qalib gələrək adını qrup mərhələsinin iştirakçıları sırasına yazdırdı. Amma böyük ehtimalla UEFA bu komandanın qrupda iştirakına imkan verməyəcək. “Beşiktaş”ı bu turnirdə hansı komandanın əvəz edəcəyi də hələlik məlum deyil. Mümkündü ki, qitə futbol qurumu “Tromse”nin qrupda oynamasına şərait yaratsın. Əks halda “Fenerbahçe”ni əvəzələyəcək komanda kimi, “Beşiktaş”ın da əvəzində oynayacaq komanda pley-off mərhələsinin məğlubları arasında atılacaq püşklə müəyyənləşəcək.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.