30 avqust 2013 01:44
Qəbələ Xəzər Lənkəranla oyuna bir itki ilə hazırlaşır
Topaz Premyer Liqasının 5-ci turunda doğma meydançada "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" ötən günü bir məşqlə tamamlayıb. Azerisport.az xəbər verir ki, günün ikinci yarısında baş tutan hazırlıq prosesində sadiq azarkeşləri "qırmızı-qaralar"ı yalnız qoymayıb.
Məşq boyunca komandaya dəstək verən "Qəbələ" fanatları heyət üzvlərini tək-tək səsləyərək onlara sevgilərini nümayiş etdiriblər.
Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Məşqdə yüngül zədəsi olan Omar Kalaban komandadan ayrı çalışıb. Bərpa prosesini tamamlamaqda olan Nuran Qurbanovun isə əvəzedicilərin heyətində "Xəzər Lənkəran"a qarşı meydana çıxması gözlənilir.
