30 avqust 2013 02:10

Qurban Qurbanov: Avropa Liqasının qrup mərhələsində oynamağa layiq idik

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Fikrimcə, rəqibi tərləməyə məcbur edə bildik. Uşaqlar ilk dəqiqələrdən göstərdilər ki, bura uduzmağa gəlməyiblər və mübarizə aparmağa hazırdılar. Bakıda söz vermişdim ki, biz Frankfurtda daha yaxşı oyun sərgiləyəcəyik. Biz bunu etdik. Amma heç də hər şey istədiyimiz kimi alınmadı. Oyunumuz müəyyən mənada alındısa, bunu hesaba aid etmək olmaz. Erkən qol buraxmağımıza baxmayaraq, özümüz də çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, onların yalnız birindən yararlana bildik”.
 
Ağdam klubunun çalışdırıcısı cavab oyununda məğlubiyyətə layiq olmadıqlarını deyir: “Mən bu oyunda məğlubiyyətə layiq olduğumuzu düşünmürəm. Hətta deyərdim ki, komandam bu mövsüm sərgilədiyi oyuna görə Avroliqanın qrup mərhələsində oynamağa da layiq idi. Sadəcə, bizim bəxtmizə çox güclü rəqib düşdü. Bu, artıq üçüncü dəfədi belə olur”.

Qurbanov Reynaldonun zədə səbəbindən bu iki oyunda komandaya tam kömək edə bilməməsinə də toxunub: “Reynaldonun xidmətindən maksimum yararlanmağı biz də çox istərdik. Amma o, tam hazır deyildi. Yüz faiz hazır olmadığına görə də matçın sonlarında meydana buraxdıq. O, Bakıdakı oyunda iştirak etsəydi, hər şey fərqli ola bilərdimi? Bu barədə düşünmək istəmirəm. Artıq hər şey geridə qalıb”.

Türkiyənin “Fenerbahçe” klubunun avrokuboklardan kənarlaşdırılması səbəbindən hazırda “Qarabağ”ın da Avroliqanın qrup mərhələsinə düşmək şansı var. Bunun üçün Ağdam klubu pley-off mərhələsində məğlub olan klublar arasında atılacaq püşkə görə müəyyənləşəcək yeganə xoşbəxt komanda olmalıdı. Bəs görəsən Qurbanov bu püşkdə bəxtlərinin gətirəcəyinə nə dərəcədə ümidlidi:
 
“Əlbəttə, biz də püşkə əsasən qrup mərhələsində oynamağı çox istərdik. Amma bunu öz oyunumuzla qazansaydıq, daha yaxşı olardı. Hesab edirəm ki, “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi bizim daha böyük təcrübə toplamağımıza səbəb olardı, komandamızın əsl gücünü göstərmək şansımız yaranardı”.
 
Qurbanov “Eintracht” azarkeşlərindən də danışıb: “Stadiondakı fantastik atmosferi qeyd etməyə bilmərəm. Onlar komandalarını çox ideal şəkildə dəstəklədilər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.