30 avqust 2013 02:28
Namiq Yusifov: Rəqib məni dirsəyi ilə vurdu (FOTO)
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib dirsəyi ilə məni vurdu. Amma mən deməzdim ki, o, bunu qəsdən və ya aqressiv şəkildə etdi. Futbolda belə hallar tez-tez baş verir. İlk oyunda 2 cavabsız qolla uduzandan sonra cavab matçına çıxmaq çox çətindi. Fikrimcə, Reynaldo ikinci qolu vursaydı, çox şey ola bilərdi. Amma biz bunun əvəzində öz qapımızdan qol buraxdıq və məğlubiyyət qaçılmaz oldu”.
