29 avqust 2013 14:32
Araz Türkiyədə növbəti matça hazırlaşır
Türkiyəyə təlim-məşq toplanışına yollanan Naxçıvan təmsilçisi “Araz” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Əsgər Abdullayevin yetirmələri sabah hazırlıq prosesi çərçivəsində növbəti sınaq amtçına çıxacaqlar.
Rəqib “Rize Kalkanderespor” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Araz” Ərzurumdakı ilk oyununda “Yakutiyaspor”la qarşılaşmış və 2:0 hesablı qələbəyə sevinmişdi.
