29 avqust 2013 15:03
“Qarabağın Frankfurtda qələbə qazanması fantastik olardı”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayev “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Obyektiv olsaq, rəqib çox güclü komandadı. Mən komandamızın Bakıdakı ilk oyunda yaxşı nəticə qazanacağına ümidli idim. Amma oyun göstərdi ki, biz bu cür komandalarla rəqabət aparacaq gücdə deyilik. Özümüzü aldatmayaq – “Eintracht” bizim səviyyəmizə görə deyil. Ümid edirəm ki, “Qarabağ” cavab matçında layiqli oyun sərgiləyəcək. İstənilən hesablı qələbə isə komandamız üçün fantastik nəticə olardı”.
