29 avqust 2013 15:36

Kazbek Tuayev: Foqts 10 xal da toplasa, getməlidi

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”dan Almaniya “Eintracht”ı ilə cavab oyununda nə gözləyirsiz?
- Obyektiv olsaq, rəqib çox güclü komandadı. Mən komandamızın Bakıdakı ilk oyunda yaxşı nəticə qazanacağına ümidli idim. Amma oyun göstərdi ki, biz bu cür komandalarla rəqabət aparacaq gücdə deyilik. Özümüzü aldatmayaq – “Eintracht” bizim səviyyəmizə görə deyil. Ümid edirəm ki, “Qarabağ” cavab matçında layiqli oyun sərgiləyəcək. İstənilən hesablı qələbə isə komandamız üçün fantastik nəticə olardı.
 
- Premyer Liqanın geridə qalan dörd turu ilə bağlı nə deyə bilərsiz?
- Son tur Yuri Syomin və onun “Qəbələ”si üçün üzücü oldu. Komanda “Qarabağ”la oyunda o qədər qol epizodu yaratdı, heç birini vura bilmədi. Mən hələ belə oyun görməmişdim. “Xəzər Lənkəran” da “Neftçi” ilə oyunda xoşuma gəldi. Meydan sahibləri yaxşı, təşkilatlanmış futbol sərgilədilər. Bir qədər müdafiə xəttində problemlər diqqət çəkir. Amma onların həmin oyunda bəxti gətirmədi. Hiss olunur ki, Con Toşak tədricən komandasını formalaşdırır.
 
- Bəs Böyük oyundan sonra baş verənlər barədə nə deyə bilərsiz?
- Bütün bunları dramatikləşdirmək lazım deyil. Belə şeylər xarici çempionatlarda hər tur olur. Digər tərəfdən insanların futbola bu şəkildə maraq göstərməsi, komandalarına görə həyacan keçirməsi xoşdu. Baxmayaraq ki, bu cür münaqişələrin yaranması da xoşagəlməzdi. Qoy hər kəs öz emosiyalarına sahib çıxsın. Ümid edirəm ki, növbəti oyuna qədər hər şey qaydasına düşəcək.
 
- Gələn həftə Azərbaycan yığmasını DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə oyun gözləyir...
- Mən də bu oyunu səbrsizliklə gözləyirəm. Çox istərdim ki, komandamızın İsrail üzərində qələbəsini görüm.
 
- Amma indiki komanda Bakıda 1:1 hesablı heç-heçə edən İsrail deyil...
- İstənilən halda İsrail orta səviyyəli bir komandadı. Ən azından İsrail Portuqaliya deyil. Əgər Rusiyaya qarşı Moskvada sərgilədiyimiz futbolu təkrarlaya bilsək, hər şey mümkündü.
 
- AFFA rəhbərliyi və Berti Foqts ilin sonunda başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. İcraiyyə Komitəsinin üzvü kimi buna münasibətiniz necədi?
- Mən AFFA rəhbərliyini dəstəkləyirəm. Futbolumuz asta addımlarla irəliləyir. Bizə bu yolda daha yaxşı məşqçi lazımdı. Onun yerli və ya əcnəbi olmasının fərqi yoxdu.
 
- Az qala bütün futbol ictimaiyyəti Qurban Qurbanovu millidə görmək istəyir...
- Ona hələ tezdi. Məşqçiliyə yeni başlayıb. Azərbaycan yığması o qədər də güclü komanda deyil ki, belə gənc mütəxəssisi ona baş məşqçi təyin edəsən. Əgər işləri yaxşı getməsə, necə olacaq? Bu, onu sındıra, ruhdan sala bilər. Qoy hələ təcrübə toplasın, daha da püxtələşsin.

- Yığmamız qalan üç oyunda daha 5-6 xal toplasa, Foqts qala bilər?
- Hətta 10 xal da toplasa, xeyri yoxdu. Məsələ artıq həll olunub və onun getmək vaxtıdı. Neçə ildi bu postdadı, ortada heç nə yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.