29 avqust 2013 16:18
Şahin Diniyev: Qarabağdan möcüzə gözləmək düzgün deyil
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Gəlin bu oyuna real yanaşaq. Hələ ilk oyun ərəfəsində də demişdim ki, komandalar arasında böyük səviyyə fərqi var. Rəqibin futbolçuları fərdi cəhətdən çox güclüdülər. Bundesliqa sizin üçün Premyer Liqa deyil. Biz ağdamlılardan yalnız yaxşı oyun gözləyə bilərik. “Qarabağ”dan möcüzə etməyi, Avroliqanın qrup mərhələsinə düşməyi gözləmək isə düzgün deyil”.
