29 avqust 2013 16:45
"Eintracht məğlubedilməz deyil"
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Etiraf etmək lazımdı ki, rəqib “Qarabağ”dan güclüdü. Amma komandamız rəqibin zəif cəhətlərini tapıb, bundan yararlana bilər. Əlbəttə, Avroliqanın qrup mərhələsinə çıxmaq şansı çox azdı. Lakin daha yaxşı və layiqli oyun sərgiləmək şansımız var. İlk oyunda almanlar bir neçə səhvə yol versələr də, “Qarabağ” onlardan yararlana bilmədi. Almaniyada isə daha yaxşı oynamaq lazımdı. Onda komandamız yaxşı nəticəyə də ümid edə bilər. Məğlubedilməz komanda yoxdu”.
