29 avqust 2013 17:07
Paytaxt klubunda daha üç yeni futbolçu
"Rəvan” heyəti gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gün daha 3 futbolçunun transferini rəsmiləşdirib.
Bunlar qapıçı Kamal Bayramov və yarımmüdafiəçilər Cəmşid Məhərrəmov ilə Kristian Torresdi.
Son mövsümü Qərb bölgəsinin təmsilçilərində - uyğun olaraq "Turan” və "Kəpəz”də keçirmiş yerli futbolçularla 2 illik müqavilə imzalanıb. 2011-ci ilin yayından etibarən 1,5 il ərzində bu komandanın şərəfini qorumuş, son qış "transfer pəncərəsi”ndə "Qarabağ”a keçərək ölkə çempionatının gümüş medallarını qazanmış argentinalı pleymeykerlə isə müddəti mövsümün sonuna qədər olan saziş imzalanıb. (klub saytı)
