29 avqust 2013 17:42

“Bu, əsas hədəflərimizdəndi”

“Qəbələ” Futbol Akademiyası bir neçə gün öncə 2013-2014 mövsümünə start verdi. Azerisport.az xəbər verir ki, 9 yaş qrupu üzrə komandalar artıq gündəlik məşqlərlə aşağı yaş qrupları üzrə çempionatlara hazırlaşırlar.
 
“Qəbələ” Futbol Akademiyasının direktoru kimi ilk futbol ilinə başlayan Stenli Brardla söhbət zamanı bir sıra maraqlı məqamlara aydınlıq gəldi. Hollandiyalı mütəxəssis mövsümə əla start verdiklərini, hazırda komandaların komplektləşdiyini söylədi:
 
“Mövsümə əla start verdik. Hər şey planlaşdırdığımız kimi davam edir. Artıq bütün komandalarımız bir neçə gündür ki, məşqlərə başlayıb. Qruplarımız məşqlərə yeni başladığından onlar haqqında hələ ki, ətraflı məlumata malik deyiləm. Komandalarımız komplektləşməkdədir. Akademiyamızda yeni futbolçular və məşqçilər var. Sentyabr ayı ərzində başqa yeni futbolçuların gəlişi də gözlənilir. Məşqçilərimiz səylə, ən əsası isə birlikdə yardımlaşaraq çalışırlar. Öncə də dediyimiz kimi bu bizim əsas hədəflərimizdəndi”.
 
Brard hazırda havaların isti keçməsi ilə əlaqədar olaraq məşqlərin səhər saatlarında keçirildiyini bildirdi. Akademiya direktoru yeni dərs ilinin başlamasından sonra məşq qrafikinin dəyişəcəyini dedi:
 
“Məşqlərimizi səhər saatlarında keçirik. Hazırda futbolçularımız yay tətilindədirlər, yəni məktəbdən azaddırlar və bu da bizə səhərlər hazırlıq keçməyə imkan verir. Səhər saatlarında hava daha sərin olur, bu səbəbdən məşqlərimiz daha effektiv alınır. Yeni dərs ilinin startına kimi bu qrafiklə davam edəcəyik. Məktəblərin açılışından sonra isə qrafikimizi dəyişəcəyik. Məşqlərimizi əsas bazamızdakı meydançalarda və Böyük Əmili qəsəbə stadionunda keçiririk”.
 
Brard işlərinin  meydançalarda bitmədiyini, bütün akademiya heyəti üçün tez-tez müxtəlif səpkili toplantıların keçirildiyini bildirdi:
 
“İşimiz təkcə meydançalarda məşqlər keçməklə bitmir. Futbolçu və məşqçi heyəti üçün müxtəlif mövzulu toplantılar təşkil edirik. Toplantılarda intizam qaydaları, psixoloji hazırlıq və infrastrukturdan düzgün istifadə barədə söhbətlər aparırıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.