30 avqust 2013 18:07
Simurq yeganə yığma üzvü olan futbolçusunu yola salır (FOTO)
“Simurq”un futbolçusu Patrik Osiako Kenya yığmasına dəvət edilib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu futbolçusu senytabrın 1-dən 9-dək ölkəsində təşkil ediləcək təlim-məşq toplanışında iştirak edəcək.
O, DÇ-2014 seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də Namibiya qarşı keçiriləcək görüşdə Kenya yığma komandasının uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Patrik Osiako "Simurq"un heyətində forma geyinənə yeganə legioner futbolçudu ki, ölkəsinin yığma komandasına dəvət edilir.
