30 avqust 2013 22:19
Neftçi Bakı ilə sülh bağladı, XL Qəbələyə qalib gəldi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
“Sumqayıt” “Rəvan”la sülh bağlayıb. 6 qolun vurulduğu “Bakı” - “Neftçi” derbisində də qalib müəyyənləşməyib. “Qəbələ”nin qonağı olan “Xəzər Lənkəran” isə çətin qələbəyə sevinib.
Əvəzedicilərin çempionatı
5-ci tur
30 avqust
Sumqayıt - Rəvan – 1:1
Qollar: Kərim Diniyev, 61 - Yamin Ağakərimzadə, 36.
Qəbələ - Xəzər Lənkəran – 2:3
Qollar: Rəşid Əmiraslanov, 6, Elnur Mustafazadə, 47 - Elnur Cəfərov, 3, Ağabala Ramazanov, 34, Maqsum Qəmbərli, 65.
Bakı – Neftçi – 3:3
Qollar: Raul Yaqubzadə, 28; 73, Mahir Mədətov, 23 - Cavid Muxtarzadə, 68, Mirabdulla Abbasov, 88, Aqşin Qurbanlı, 90+4.
