30 avqust 2013 11:08
Premyer Liqada 5-ci turun üç oyunu canlı yayımda
Topaz Premyer Liqasının üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları çəkilən bu oyunları azarkeşlər canlı izləmək fürsəti qazanacaqlar:
Premyer Liqa
5-ci tur
31 avqust (şənbə)
“Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu, 18:00 ( canlı, AZTV)
“Bakı” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
1 sentyabr (bazar)
“Qarabağ” – AZAL
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
T.Bəhramov adına Respublika stadionu, 20:00 (canlı, “İdman Azərbaycan”).
