30 avqust 2013 11:45

Admir Teli: Qarabağ bu avrokuboklar mövsümündə də kiçik klub təsiri bağışlamadı

“Qarabağ”ın müdafiəçisi Admir Telinin azerisport.az saytına müsahibəsi

- Almaniya “Eintracht”ına səfərdə də məğlub oldunuz. Cavab matçını necə qiymətləndirərdiz?
- Oyun xoşuma gəldi. Uduzsaq da, qol vəziyyətlərimiz var idi. Oyunun gedişini dəyişə bilərdik. Məsələn, yenə erkən qol buraxdıq. Amma biz psixoloji cəhətdən yaxşı hazırlaşdığımız üçün, buna görə ruhdan düşmədik və qələbə qazanmağa inamımızı itirməyib sona kimi mübarizə apardıq. Qələbə qazanmağı çox istəyirdik. Lakin bunun çox çətin olacağını da dərk edirdik.
 
- Hər halda bu dəfə daha yaxşı müqavimət göstərdiniz, hətta qol da vurdunuz. Buna görə sevinməyə dəyər?
- Mən buna görə sevinmirəm. Çünki istənilən halda məğlub olduq və mərhələ keçə bilmədik. Sadəcə, öz oyunumuzu göstərməyi bacardıq. Azərbaycan və Albaniyanın əksər klubları kimi mübarizəni erkən dayandırmadıq. Kiçik klub təsiri bağışlamadıq. Bu da təbii ki, müəyyən qədər təsəlli verir.
 
- Aleksandr Meyer bu dəfə də sizi məyus etdi...
- Biz onun səviyyəsinə bələd idik. O, elə hücumçudu ki, əlinə bircə şans düşsə, ondan yararlanmağı bacarır. Bundesliqada da çoxlu qol vurur.

- İkinci hissədə “Qarabağ” parlaq futbol sərgilədi. Bu, komandanızın ən yaxşı oyunudu?
- Mənə elə gəlir ki, biz ən yaşxı oyunumuzu İsveçdə “Gefle”yə qarşı göstərmişdik. Orda 90 dəqiqə topa nəzarəti əlimizdə saxladıq və iki cavabsız qol vurduq. Amma İsveç klubu ilə “Eintracht”ı müqayisə etmək də düzgün olmazdı.

- İkinci buraxılan qolu sizin insafınıza yazmaq olar?
- Mən mövqe səhvinə yol verdim, xətti müdafiəni pozurdum. Amma bu epizodun oyunda dönüş nöqtəsi olduğunu düşünmürəm. Mənə elə gəlir ki, oyunda dönüş nöqtəsi buraxdığımız ilk qol zamanı baş verdi. Bizə üç qol vurmaq lazım gəlirdi ki, bu da heç də asan məsələ deyildi.
 
- “Qarabağ” artıq neçənci dəfədi qrup mərhələsinin bir addımlığında dayanır...
- Ruhdan dşümək lazım deyil. Öz məqsədimizə çatmaq üçün daha çox çalışmalıyıq. Nəticələrimiz, oyunumuz ildən-ilə yaxşılaşır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.