1 sentyabr 2013 01:43
Özkara Fenerbahceyə qarşı 18 dəqiqə oynadı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə “Fenerbahce”la üz-üzə gəlib. Görüş Cihanın komandasının darmadağını ilə başa çatıb.
Özkaranın bu oyunun iştirakçısı olub-olmayacağı maraqla gözlənilirdi. Millimizin üzvü 72-ci dəqiqədə meydana çıxıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib. Futbolçumuz 87-ci dəqiqədə sarı vərəqə almaqla da "fərqlənib".
Qeyd edək ki, “Sivasspor” geridə qalan iki turda 3 xal toplayıb və hazırda 5-ci sıradadı.
Türkiyə Super Liqası
3-cü tur
31 avqust
Fenerbahce – Sivasspor - 5:2
