30 avqust 2013 12:23
“Qarabağ ikinci hissədə özünü yaxşı tərəfdən göstərməyi bacardı”
Almaniyanın “Eintracht” klubunun yarımmüdafiəçisi Yan Rozental Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamız ikinci hissədə bir qədər passiv təsir bağışladı. Əvəzində “Qarabağ” özünü yaxşı tərəfdən göstərməyi bacardı. Rəqibin heyətində xüsusilə braziliyalılar nəyə qadir olduqlarını isbatladılar. Stadiondakı atmosfer sadəcə fantastik idi. Artıq bizi Avropa Liqasının qrup mərhələsi gözləyir. Biz isə hazırda qrup mərhələsinin püşkatmasını səbrsizliklə gözləyirik”.
