30 avqust 2013 12:32
Püşk də Qarabağın üzünə gülmədi
UEFA bu gün keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatmasında Türkiyənin “Fenerbahçe” klubunu əvəzləyəcək komandanın adına aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu öncədən də xəbər verildiyi kimi, bunun üçün xüsusi püşkatma keçirib.
Püşkatmada pley-off mərhələsində mübarizəni dayandıran 30 klub iştirak edirdi. Onlardan yalnız biri bu hüquqa yiyələnəckdi. Həmin klublar isə bunlar idi:
Qarabağ (Azərbaycan), Molde (Norveç), Spartak (Moskva, Rusiya), Astra (Rumıniya), Dila Gori (Gürcüstan), Aktobe (Qazaxıstan), Nordsjælland (Danimarka), Stuttgart (Almaniya), Kukesi (Albaniya), APOEL (Kipr), Saint-Etienne (Fransa), Atromitos (Yunanıstan), Vojvodina (Serbiya), Udinese (İtaliya), Tromse (Norveç), Petrolul (Rumıniya), Partizan (Serbiya), Nice (Fransa), Hafnarfjordur (İslandiya), Skenderbeu (Albaniya), Nomme Kalju (Estoniya), Pasching (Avstriya), Minsk (Belarus), Zalgiris (Litva), Slask (Polşa), Feyenoord (Hollandiya), Grasshopper (İsveçrə), Dinamo (Tiflis, Gürcüstan), Jablonec (Çexiya), Braga (Portuqaliya).
Göründüyü kimi, xüsusi püşkatmada iştirak edən 30 komanda sırasında Azərbaycan təmsilçisi "Qarabağ" da var idi. Lakin püşk "Qarabağ"ın üzünə gülməyib və qrupa Kiprin APOEL klubu düşüb.
