30 avqust 2013 12:51
Beşiktaş da Avroliqadan uzaqlaşdırıldı
Beynəlxalq İdman Arbitraj Məhkəməsi “Fenerbahçe”dən sonra Türkiyənin daha bir klubunu – “Beşiktaş”ı da avrokuboklardan uzaqlaşdırıb. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi bir il müddətini qitə miqyaslı yarışdan uzaqlaşdırıb.
Buna komandanın danışılmış oyunlarda iştirakının təsdiqlənməsi səbəb olub.
UEFA Avropa Liqasının qrup mərhələsində “Beşiktaş”ı bu komandaya pley-off mərhələsində uduzan Norveç “Tromse”si əvəz edəcək. Türkiyə klubu ilk oyunda bu komandaya 1:2 hesabıyla uduzsa da, evdə 2 cavabsız qolla qalib gəlmişdi. Lakin UEFA-nın çıxardığı diskvalifikasiya cəzasının təsdiqlənməsi “Beşiktaş”ın d arzusunu gözündə qoyub.
