31 avqust 2013 19:54
Bakı Neftçini darmadağınla yola saldı, XL Qəbələyə uduzdu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
Cari mövsüm hələ də xala həsrət qalan yeganə komanda - “Rəvan” “Sumqayıt”la üz-üzə gəlib. Paytaxt təmsilçisi nəhayət ki, bu tur ilk xalını və qələbəsini qazanıb. Qəbələnin eyni adlı komandası “Xəzər Lənkəran”ı qəbul edib. Son iki oyunda uduzan Yuri Syominin komandası hələ də qələbə qazana bilməyən Con Toşakın yetirmələrini məğlub yola salıb. İlk günün daha bir maraqlı dueli “Neftçi” ilə “Bakı” arasında baş tutub. Mövsümə ardıcıl iki məğlubiyyətlə başlasa da, ardından son oyunlarında darmadağına sevinən "zolaqlılar" "Neftçi"yə də eyni aqibəti yaşadıb. Bu, ilk dəfə son turun "Xəzər Lənkəran"la oyununda xal itirmiş ölkə çempionunun yeni mövsümdəki ilk yenilgisi olub.
Topaz Premyer Liqası
5-ci tur
31 avqust
Qəbələ – Xəzər Lənkəran - 2:0 (1:0)
Qollar: L.D.Silva, 39 (1:0), Ebesilio, 61 (2:0)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.
QƏBƏLƏ: 25. Dieqo Kosta, 2. Rail Məlikov, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 42. Leonardo da Silva, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 18. İbrahima Niasse, 19. Abdulvahid Afolabi, 22. Rodriqes Assis.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rasim Ramaldanov, 8. Edu Oriol, 18. Tural Cəlilov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Bakı – Neftçi - 3:0 (2:0)
Qollar: R.Əliyev, 11 (1:0), Ə.İsmayılov, 32 (2:0), M.Alvares, 69 (3:0)
Qırmızı vərəqə: C.Hüseynov, 48, A.Məmmədov, 49 (ehtiyat oyunçular skamyasından).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
BAKI: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 2. Deyvidas Çesnauski, 10. Aleksandar Soliç, 19. Marius Pena, 21. Elvin Məmmədov, 24. Georgios Pelagios, 27. Rəhman Hacıyev.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitrseki, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 7. Araz Abdullayev, 14. Bahodir Nasimov, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.
Sumqayıt – Rəvan - 0:1 (0:0)
Qol: K.Nurəhmədov, 50 (0:1).
Qırmızı vərəqə: R.Abbasov, 90.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.
Sumqayıt. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
SUMQAYIT: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Zaur Həşimov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 7. Pərdis Fərcad-Azad, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə.
RƏVAN: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 7. Elvin Həsənəliyev, 10. Sebastyan Kastro-Tello, 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k), 29. Əziz Quliyev, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 17. Ramazan Abbasov, 30. Cəmşid Məhərrəmov, 33. Sahib Savankulov, 35. Frederik Holster.
Turun digər oyunları sabah keçiriləcək: 20:00. Qarabağ – AZAL, 20:00. İnter – Simurq.
| 1 | Qarabağ | 4 | 4 | 0 | 0 | 10 | 2 | +8 | 12 |
| 2 | Neftçi | 5 | 3 | 1 | 1 | 7 | 4 | +3 | 10 |
| 3 | Bakı | 5 | 3 | 0 | 2 | 12 | 3 | +9 | 9 |
| 4 | Qəbələ | 5 | 3 | 0 | 2 | 8 | 6 | +2 | 9 |
| 5 | AZAL | 4 | 3 | 0 | 1 | 5 | 5 | 0 | 9 |
| 6 | Simurq | 4 | 1 | 1 | 2 | 2 | 4 | –2 | 4 |
| 7 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 4 | 9 | –5 | 4 |
| 8 | İnter | 4 | 1 | 0 | 3 | 9 | 8 | +1 | 3 |
| 9 | XL | 5 | 0 | 3 | 2 | 1 | 5 | –4 | 3 |
| 10 | Rəvan | 5 | 1 | 0 | 4 | 2 | 14 | –12 | 3 |
Bombardirlər:
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi (AZAL), Baçana Sxadadze (İnter).
