30 avqust 2013 13:59
Nikolov: Tromsenin keçdiyi yol göstərdi ki, İnter qrup mərhələsinə vəsiqə qazana bilərdi
“İnter”in prezidenti Goergi Nikolov “bankirlər”i Avropa Liqasından kənarlaşdıran Norveç “Tromse”sinin qrup mərhələsinə vəsiqə qazanmasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Elə az əvvəl baş məşqçi ilə bu barədə danışırdıq. Təəssüf ki, uğur bizim üzümüzə gülmədi. Norveç klubunun keçdiyi yol göstərdi ki, “İnter” indi Avropa Liqasının qrup mərhələsində ola bilərdi. Amma uğur onların tərəfində oldu. Mən “Tromse”nin bizdən güclü olduğunu düşünmürəm. Sadəcə, onların bəxti gətirdi, mərhələ keçdilər, biz isə yox”.

Qeyd edək ki, “Tromse” pley-off mərhələsində Türkiyənin “Beşiktaş” klubuna iki oyunun nəticəsinə görə 2:3 hesabıyla uduzsa da, rəqibi avrokuboklardan kənarlaşdırıldığı üçün, qrupda oynamaq şansı qazandı.