30 avqust 2013 14:11
Elhad Nəziri Rəvandan da qovuldu
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri “Rəvan”da da duruş gətirə bilməyib. Azerisport.az xəbər verir ki, cəmi doqquz gün öncə paytaxt klubu ilə müqavilə imzalamış futbolçu bu gün komandadan kənarlaşdırılıb.
Bunu klubun mətbuat xidmətindən də təsdiqləyiblər. Əldə etdiyimiz məlumata görə, Elhad məşqlərə ciddi yanaşmadığı, hazırlıqlara mütəmadi gecikdiyi üçün komandadan uzaqlaşdırılıb. Baş məşqçi Vladislav Qədirov onunla birgə çalışmaq istəmədiyini rəhbərliyə bildirib. Nəticədə klub rəhbərliyi Nəziri ilə az öncə imzalanmış müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa qərar verib. Hansı ki, tərəflər bir illik müqavilə imzalamışdılar.
Qeyd edək ki, Nəziri “Rəvan”a Rumıniyanın “Petrolul” klubundan keçmişdi. O, sözügedən komandada da baş məşqçi Kosmin Kontra ilə problemi olduğu üçün heyətə düşə bilmirdi.
