30 avqust 2013 14:58
Xəzər Lənkəran Qəbələdə son məşqə çıxdı (FOTOREPORTAJ)
Dünən Lənkərandan Qəbələyə yola düşən “Xəzər Lənkəran” “Qafqaz Resort” otelində məskunlaşıb. Azerisport.az xəbər verir ki, bu gün isə komanda matçın keçiriləcəyi meydanda oyun öncəsi son məşqinə çıxıb.
1 saat 20 dəqiqə davam edən hazırlıqda futbolçular taktiki çalışmaları yerinə yetiriblər. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdu və komanda qələbə əhval ruhiyyəsi ilə məşqini tamamlayıb oyun saatını gözləyir.
Məşqdən çəkilən fotoları təqdim edirik:
