30 avqust 2013 15:06
Avroliqada 30 dəqiqəlik oyunu yunanlar qazandı, hollandlar sevindi
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, bu oyunlardan biri ötən gecə başa çatmamışdı.
Belə ki, Hollandiyanın “Alkmaar” komandası ilə Yunanıstan “Atromitos”u arasındakı görüşün ikinci hissəsi oynanılarkən hakim matçı yarıda saxlamaq məcburiyyətində qalmışdı. Buna Hollandiya klubunun stadionunda yanğın baş verməsi səbəb olub.
Qeyd edək ki, oyun 1:0 hesabıyla yunanların xeyrinə olarkən dayandırılmışdı. Bu gün qarşılaşma dayandırıldığı yerdən davam etdirilib. Nəticədə, Yunanıstan klubu qalan yarım saat ərzində də daha bir qol vuraraq, 2:0 hesablı qələbə qazanıb. Ümumi hesab 3:3 olsa da, səfərdə üç qol vurması Hollandiya klubunun işinə yarayıb. Nəticədə, ev oyununda məğlub olmasına baxmayaraq, “Alkmaar” qrupa vəsiqə qazanıb.
