30 avqust 2013 16:45
Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Nyonda təşkil olunacaq tədbirdə 48 klub 12 qrup üzrə bölünüb.
Qeyd edək ki, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin qrup mərhələsində yenə 48 klub mübarizə aparacaq. Onlardan 31-i təsnifat mərhələsini uğurla keçən iştirakçılardı:
Rubin (Rusiya), St. Gallen (İsveçrə), Maccabi (Hayfa, İsrail), Rapid (Avstriya), Dinamo (Kiyev, Ukrayna), Elfsborg (İsveç), Rijeka (Xorvatiya), Trabzonspor (Türkiyə), Zulte Waregem (Belçika), Esbjerg (Danimarka), Sheriff (Moldova), Slovan (Çexiya), Tromse (Norveç), Swansea City (İngiltərə), Thun (İsveçrə), Apollon (Kipr), Genk (Belçika), Chernomorets (Ukrayna), Dnepr (Ukrayna), Estoril (Portuqaliya), Standard (Belçika), Salzburg (Avstriya), Sevilla (İspaniya), Kuban (Rusiya), Fiorentina (İtaliya), Tottenham (İngiltərə), Betis (İspaniya), Pandurii (Rumıniya), Alkmaar (Hollandiya), Eintracht (Almaniya), Maccabi (Təl-Əviv, İsrail).
Adı çəkilən 31 klub mübarizəyə məhz qrup mərhələsindən başlayan 7 iştirakçı, eləcə də Çempionlar Liqasının pley-off mərhələsini məğlub başa vuran 10 komanda ilə birgə Avroliqanın qrup mərhələsində çıxış etmək hüququ qazanıblar.
Mübarizəyə birbaşa bu mərhələdən başlayan klublar bunlardı: Valencia (İspaniya), Bordeaux (Fransa), Wigan (İngiltərə), Freiburg (Almaniya), Anji (Rusiya), Lazio (İtaliya), Vitoria (Portuqaliya).
Çempionlar Liqasının pley-off mərhələsindən gələn klublar isə bunlardı: Dinamo (Zaqreb, Xorvatiya), Ludogorets (Bolqarıstan), Legia (Polşa), PAOK (Yunanıstan), Pacos de Ferreira (Portuqaliya), Şaxtyor (Karaqandi, Qazaxıstan), Olympique (Lion, Fransa), PSV (Hollandiya), Maribor (Sloveniya).
Bu klublardan biri də Türkiyənin “Fenerbahçe” klubu idi. Amma UEFA bu klubu iki il müddətinə avrokuboklardan kənarlaşdırdığı üçün, “sarı-lacıvərdlilər”i Avroliqada pley-off mərhələsinin məğlubları arasında atılacaq püşkün qalibi əvəzləyib. Bu xoşbəxt komanda isə APOEL (Kipr) olub.
Səbətlərin tərkibini diqqətinizə çatdırırıq:
|
1-Cİ SƏBƏT
|
2-Cİ SƏBƏT
|
3-CÜ SƏBƏT
|
4-CÜ SƏBƏT
|
|
Valencia
|
APOEL
|
Eintracht
|
Maccabi T
|
|
Tottenham
|
PAOK
|
Vitoria
|
Slovan
|
|
Olympique L
|
Salzburg
|
Legia
|
Thun
|
|
Dinamo K
|
Genk
|
Maccabi H
|
Zulte Waregem
|
|
PSV
|
Dinamo Z
|
Rapid
|
Apollon
|
|
Bordeaux
|
Dnepr
|
Pacos de Ferreira
|
Tromse
|
|
Rubin
|
Trabzonspor
|
Estoril
|
St. Gallen
|
|
Sevilla
|
Anji
|
Şerif
|
Esbjerg
|
|
Standard
|
Betis
|
Chornomorets
|
Rijeka
|
|
Fiorentina
|
Wigan
|
Maribor
|
Pandurii
|
|
Lazio
|
Swansea City
|
Kuban
|
Ludogorets
|
|
Alkmaar
|
Freiburg
|
Elfsborg
|
Şaxtyor
|
Püşkatma nəticəsində hər səbətdən bir komanda aşağıdakı kimi ayrı-ayrı qruplarda yer alıb:
A qrupu
Valencia
Swansea City
Kuban
St. Gallen
B qrupu
PSV
Dinamo Z
Chornomerts
Ludogorets
C qrupu
Standard
Salzburg
Elfsborg
Esbjerg
D qrupu
Rubin
Wigan
Maribor
Zulte Waregem
E qrupu
Fiorentina
Dnepr
Pacos de Ferreira
Pandurii
G qrupu
Dinamo K
Genk
Rapid
Thun
F qrupu
Bordeaux
APOEL
Eintracht
Maccabi T
H qrupu
Sevilla
Freiburg
Estoril
Slovan
I qrupu
Olympique L
Betis
Vitoria
Rijeka
J qrupu
Lazio
Trabzonspor
Legia
Apollon
K qrupu
Tottenham
Anji
Şerif
Tromse
L qrupu
Alkmaar
PAOK
Maccabi H
Şaxtyor
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin ilk turunun oyunları sentyabrın 19-da keçiriləcək. Son turun görüşləri isə dekabrın 12-nə təsadüf edəcək.
