30 avqust 2013 15:47
Mahmud Qurbanov: Qarabağ Danimarka klubu ilə düşsəydi, qrupa vəsiqə qazanardı
“Kəpəz”in sabiq baş məşqçisi Mahmud Qurbanov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” ikinci hissədə daha yaxşı oynadı. Qol vurdu, daha bir neçə təhlükəli vəziyyət yaratdı. Sadəcə, reallığı qəbul etmək lazımdı – “Eintracht” “Qarabağ”dan çox güclüdü. Bu gün çoxları düşünür ki, Reynaldo hər iki oyunda 90 dəqiqə oynasaydı, nəticə fərqli ola bilərdi. Amma unutmamalıyıq ki, Almaniya futbolu bizdən qat-qat öndədi və tək Reynaldo ilə biz hansısa möcüzəyə ümid etməməliyik. “Qarabağ”ın püşkdə də bəxti gətirmədi. Məsələn, onlar Danimarka klubu ilə düşsəydilər, qrup mərhələsinə vəsiqə qazanardılar”.
