30 avqust 2013 16:12
Azərbaycanlı hakimlər İtaliya yığmasının oyununa təyinat aldı
FIFA referisi Səbayel Qurbanova və FIFA referi köməkçisi Gülyana Güvəndiyeva beynəlxalq təyinat alıb. Azerisport.az xəbər verir ki, hakimlərimiz 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının VII qrupunun oyunlarını idarə edəcəklər.
İtaliya, Polşa, Sloveniya və Albaniya yığmalarının mübarizə aparacağı bu qrupun oyunları sentyabrın 20-dən 27-dək Sloveniyada keçirləcək.
