30 avqust 2013 17:01
Mircavadov: Qarabağ daha iki yarımmüdafiəçi almalıdı
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”a belə layiqli oyuna görə təşəkkürümü bildirmək istəyirəm. Onlar çox yaxşı oyun göstərdilər. Təəssüf ki, mərhələ keçmək alınmadı. Həm Bakıdakı, həm də Frankfurtdakı oyunda “Qarabağ” fasilədən sonra daha fəal oyunla yadda qaldı. Səfər oyununda komandamızın daha reaal qol şansları oldu. Reynaldo dubla da imza ata bilərdi. Səviyyə və təcrübə baxımından uduzduq. Halbuki, bu rəqibi keçmək də olardı. Yaradılan qol vəziyyətlərindən rəqib daha yaxşı yararlandı. Onlar məhz bunun sayəsində mərhələ keçdilər. Fikrimcə, “Qarabağ” bir ya da iki yeni yarımmüdafiəçi almalıdı. Komandada daha bir dayaq yarımmüdafiəçisi olsa, Reynaldo irəli xətdə daha rahat oynayardı”.
