30 avqust 2013 17:31
Bernard Lippert: Qarabağa Almaniyada hörmətlə yanaşırlar
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippert “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Eintracht” klubu ilə cavab oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
“Qarabağ”la fəxr edirəm! Əgər Reynaldo ikinci qolu da vursaydı, komanda üçün mərhələ keçmək baxımından real şans yaranacaqdı. Gördüyünüz kimi, Meyer meydanı tərk etmişdi. Şveqlerlə Rode də meydanda deyildi. “Eintracht” əsəbləşməyə başlamışdı. Amma Reynaldonun edə bilmədiyini meydan sahiblərini bacardılar”.

Lippert oyunda əsas dönüş nöqtəsi kimi məhz həmin epizodu vurğulayıb: “Məncə, Reynaldonun qaçırdığı həmin qol epizodu oyunda dönüş nöqtəsi oldu. “Eintracht” qorxmağa başlamışdı. Almaniya klubu elə də böyük büdcəyə malik deyil. Onlar qrup mərhələsində çıxış etməklə pul qazanmağı hədəfləyiblər. Belə bir şansı itirmək qorxusu onlara problem yarada bilərdi”.
Yığmamızın çalışdırıcısı, AFFA-nın texniki direktoru olan almaniyalı mütəxəssis sonda bunları söylədi: “Məğlubiyyətə baxmayaraq, mən Azərbaycana və “Qarabağ”a görə qürur hissi keçirirəm. Qurban Qurbanov bu komandada böyük iş görüb. Mən “Qarabağ”ı Azərbaycanın ən yaxşı klubu hesab edirəm. Komanda ildən-ilə daha da inkişaf edir. Almaniyada məndən “Qarabağ” barədə çox soruşurlar. Bircə sözü deyə bilərəm ki, Almaniyada bu komandaya hörmətlə yanaşırlar”.