31 avqust 2013 19:49
Kamrandan Flavinyoya atmaca: Get bax gör, Ronaldo necə oynayır
Topaz Premyer Liqasının 5-ci turunun “Bakı” – “Neftçi” matçı zamanı maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, “Bakı”nın təlim-məşq bazasının stadionunda keçirilən derbinin gedişi zamanı epizodların birində qonaqların yarımmüdafiəçisi Flavinyo penalti qazanmaq ümidi ilə özünü cərimə meydançasında yerə atıb.
Amma bu, rəqib futbolçuların, xüsusilə qapıçı Kamran Ağayevin sərt reaksiyası ilə qarşılanıb. Bu zaman braziliyalı futbolçuya yaxınlaşan ona söz atmağı da unutmayıb: “Get bax, gör Ronaldo necə oynayır, sora nəsə tələb et”.
