31 avqust 2013 20:01
Milinko Pantiç: Hətta azlıqda da Neftçidən daha yaxşı təsir bağışladıq
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazandığımıza görə şadam. Komandamız çox yaxşı oynadı. Buna görə futbolçularıma minnətdaram. Bütün aspektlərdə rəqibi üstələdik. Hüseynovun meydandan qovulmasını şərh etmək istəmirəm. Hər şeyi hamı öz gözləriylə gördü. Onu deyə bilərəm ki, biz hətta azlıqda qaldıqdan sonra da rəqibdən pis təsir bağışlamadıq. Artıq bu oyunu unudub növbəti görüşə hazırlaşmağımız lazımdı. Komandam hələ tam formalaşmayıb”.
