31 avqust 2013 20:12
Tərlan Əhmədov: Neftçidəki problemin səbəbini öyrənmək lazımdı
“Neftçi”nin baş məşqçi əvəzi Tərlan Əhmədov Topaz Premyer Liqasının 5-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bakı”nı qələbə münasibəti ilə təbrik edirəm. Belə oyundan sonra danışılası heç nə olmur. Fikrimcə, bu cür məğlubiyyətlər hər bir komandaya və futbolçuya faydalı olmalıdı. Bəlkə də məhz bu yenilgidən sonra futbolçularımız özləri üçün dərs çıxararlar və buraxdıqları səhvləri təkrarlamazlar. Bizdə ciddi problem yoxdu. Sadəcə, oyun getmir. Bunun səbənini tapmaq lazımdı. Həm də bu gün rəqibimiz qələbəni bizdən daha çox istəyirdi. Məğlubiyyətə görə həmişə məşqçi günahkardı. Melvin Platye hələ komandaya tam uyğunlaşa bilməyib. Ona vaxt lazımdı. Ernest Nfor isə artıq heyətə alışıb və oyundan-oyuna artırdığı hiss olunur”.
