31 avqust 2013 20:34
Yuri Syomin: İlk dəfə qol buraxmadığımız üçün çox şadam
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 5-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin rusiyalı çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu, bizim qol buraxmadığımız ilk oyun oldu. Buna görə çox şadam. Biz çox yaxşı rəqib üzərində vacib qələbə qazandıq. Əvvəlki oyunlarımızı analiz edirdik, səhvlərimizi üzə çıxarıb, onların üzərində işləyirdik. Çoxlu qol vəziyyəti yaratsaq da, onlardan yaxşı yararlana bilmirik. Lakin bütün problemlərə rəğmən, bu gün yaxşı oynadıq”.
