31 avqust 2013 20:45
Con Toşak yenə vaxt istədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 5-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin uelsli çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu, çox ağır məğlubiyyətdi. Məsuliyyəti öz üzərimə götürürəm. Mənə hələ də qələbə qazanmağa qadir komanda yaratmaq nəsib olmayıb. Çoxlu yeni futbolçumuz var. Onlara uyğunlaşmaq üçün vaxt lazımdı. Daha çox işləməliyik”.
