31 avqust 2013 20:56
“XL-dan olanda Neftçiyə qalib gələ bilmirdim, Bakıda yarım ilə iki dəfə buna nail olmuşam”
“Bakı”nın qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin qolkiperi 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Son illərdə “Xəzər Lənkəran”da oynayırdım və “Neftçi”yə qalib gələ bilmirdik. “Bakı”dakı yarım ildə isə bu komanda üzərində iki dəfə qələbə qazanmışıq. Bundan artıq sözə ehtiyac da yoxdu”.
