31 avqust 2013 21:07
Sumqayıt - Rəvan matçının baş hakimi futbolçunu meydandan qovmağı unutdu
Topaz Premyer Liqasının 5-ci turunun “Sumqayıt” – “Rəvan” matçında maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Fariz Yusifov çox kobud səhvə yol verib.
Belə ki, təcrübəli referi matçın 82-ci dəqiqəsində qonaqların yarımmüdafiəçisi Ramazan Abbasova ikinci sarı vərəqəni göstərib. Lakin o, bu oyunçunu ikinci qırmızı vərəqə ilə meydandan qovmağı unudub. Bunu futbolçulardan və köməkçi hakimlərdən də heç biri Yusifova xatırlatmayıb. Yalnız hadisədən beş dəqiqə keçdikdən sonra dördüncühakim referiyə qırmızı vərəqəni unutduğunu xatırladıb. Yusifov yalnız bundan sonra Abbasovu meydandan qovub.
Qeyd edək ki, bu oyunda “Rəvan” 1:0 hesablı qələbəyə sevinib.
