31 avqust 2013 21:10
“Komandanı oyuna kökləmək çox çətin idi”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 5-ci turunun “Sumqayıt”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandanı oyuna kökləmək çox çətin idi. Qələbə qazanmağımız xoş oldu. Bütün futbolçularımı bu qələbəyə görə təbrik edirəm. Düzdü, üç xal qazanmağımız çox vacibdi. Amma sərgilədiyimiz oyun xoşuma gəlmədi”.
