31 avqust 2013 11:57
Land of fire Azerbaijan ilə növbəti qələbə (FOTO, VİDEO)
Futbol üzrə Fransa 2-ci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı iş adamı, “Bakı”nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu “Lens” klubu da bu çempionatda növbəti matçına çıxıb.
"Land of fire Azerbaijan" foması ilə Liqa 1-ə vəsiqə uğrunda yarışan “Lens” bu tur doğma meydanda "Troyes" ilə qarşılaşıb. Fransadakı “Azərbaycan klubu” bu oyundan da 1:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, 5 turdan sonra 13 xal qazanan “Lens” turnir cədvəlinin lideridi.
Fransa, Liqa 2
5-ci tur
30 avqust
Lens – Troyes – 1:0
Qol: Kulibali, 57.
